AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 03 dekabr 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. 03 dekabr 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. 03 dekabr 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub...


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Rəhbərlik haqqında məlumat


Əliyev Nicat Novruz oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

01.09.1986 tarixində Bakı şəhərində  anadan olub. Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.

Ailəlidir. 2 övladı var.

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.