AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 02 dekabr 2023-cü il
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 02 dekabr 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 02 dekabr 2023-cü il
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub...
Sumqayıt şəhərində beşmərtəbəli elektrik dirəyinə quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və 3 p.m elektrik kabeli yanıb...
Bakı şəhərinin Xəzər rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb...
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Xidmətin fəaliyyəti haqqında
Xidmət kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və həyata keçirir, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə nəzarət edir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti və əlaqələndirməni həyata keçirir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların axtarışını və xilas edilməsini təmin edir.
kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir, kiçikhəcmli gəmilərə dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları bitirmiş şəxsləri imtahandan keçirir və imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə sürücülük vəsiqəsi verir, dalğıc və xilasedicilərin hazırlanmasını təşkil edir, onların peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, çimərliklərin yaradılması və fəaliyyətinin təşkili zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, elecə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir.
kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparır və bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir.
konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yolverilən sahəni, üzmə ərazisini, gəminin üzməsi üçün yolverilən dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, onun xilasetmə və yanğındanqoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən edir, kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür.